...

“Muğamat var olan yerdə” layihəsinin növbəti konserti keçiriləcək

Mədəniyyət Materials 16 Noyabr 2017 20:52
Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsinin növbəti konserti keçiriləcək.
“Muğamat var olan yerdə” layihəsinin növbəti konserti keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” layihəsinin növbəti konserti keçiriləcək.

Trend-in məlumatına görə, noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin “Muğamat var olan yerdə” birgə layihəsi çərçivəsində III Muğam müsabiqəsinin qalibi Səbinə Ərəblinin konserti keçiriləcək.

Konsertdə Səbinə Ərəbli “Şur” təsnifini, ”Kəsmə şikəstə”, ”Qəlbimin səsi” (Pikə Axundova, ”Dünya” (Oktay Kazımi), ”Süzən qızlar” (C.Cahangirov), ”El yolunda (Ələkbər Tagiyev), ”Səni sevən baxışlar” (Ramiz Mirişli) adlı mahnıları səsləndirəcək.

Gecədə xanəndəni Ələkbər Ələkbərovun rəhbərliyi ilə “Uğur” ansamblı müşayiət edəcək.

Biletləri şəhərimizin kassalarından,”ASAN xidmət” mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti