...

“Gənc istedadlar” liseyinin şagirdləri sertifikatlara layiq görülüb (FOTO)

Mədəniyyət Materials 28 Dekabr 2017 19:36 (UTC +04:00)
Bakı Xətai Sənət Mərkəzi V Beynəlxalq “Sülh İstəyirik” Festivalı çərçivəsində növbəti rəsm sərgi müsabiqəsi keçirib.
“Gənc istedadlar” liseyinin şagirdləri sertifikatlara layiq görülüb (FOTO)

Bakı. Trend:

Bakı Xətai Sənət Mərkəzi V Beynəlxalq “Sülh İstəyirik” Festivalı çərçivəsində növbəti rəsm sərgi müsabiqəsi keçirib.

Bakı Dövlət Universitetindən (BDU) Trend-ə verilən məlumata görə, dünyada sülhün, əmin-amanlığın, sabitliyin, humanizmin, tolerantlığın, xeyirxahlığın təbliğinə həsr edilmiş rəsm sərgi müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, “Uluslararası Yalnızca Barışa Tarafız” Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Sərgidə BDU nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdləri də iştirak edib. Əsasən akvarel, quaş və taxta üzərində yandırma rəsm işləri nümayiş etdirilib. Sərgidə iştirak edən şagirdlərə sertifikatlar təqdim edilib. Liseyin direktoru, professor Qasım Hüseynov şagirdləri və onların müəllimi Türkan Abdullayevanı təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti