...

Bakıda yalnız qış tətilində ailəvi “Soyuq ürək” şousu göstəriləcək (FOTO/VİDEO)

Mədəniyyət Materials 9 Yanvar 2018 20:24 (UTC +04:00)
Yanvarın 27-28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Soyuq ürək” tamaşası nümayiş olunacaq
Bakıda yalnız qış tətilində ailəvi “Soyuq ürək” şousu göstəriləcək (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Sizi və uşaqlarınızı yanvarın 27-28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Soyuq ürək” tamaşasına baxmağa dəvət edirik! Qoy, uşaqlarınızın qış tətili şən və təmtəraqlı keçsin!

Bütün ailə üzvləri üçün nəzərdə tutulmuş “Soyuq ürək” şousu “Made in Odessa” Prodüser Mərkəzinin (Ukrayna) teatrının aktyorlarının iştirakı ilə göstərilən təkrarolunmaz tamaşadır. "Soyuq ürək" şousu "WaltDisney" şirkətinin tarixi ərzində kassa yığımı ən yüksək olan və bütün dünya uşaqlarının ən sevimli cizgi filminin motivləri əsasında hazırlanıb.

Bu, bütöv krallığı ölkə əhalisini əbədi qışa məhkum etmiş Qar kraliçasından xilas etmək şansı əldə edən Anna adlı qızın əhvalatıdır. Qədim zamanların dəhşətli lənəti gerçəkləşdikdən sonra krallıq ağ ədyal kimi qara bürünür, torpaq isə daimi buzlaqla örtülür. Bu xoşagəlməz hadisələr azmış kimi Annanın bacısı Elzanı oğurlayırlar. Füsunkar krallığa və onun bütün sakinlərinə yalnız Elza kömək edə bilər.

Anna bacısını şər qüvvələrin əllərindən azad etmək üçün qorxmaz alpinist Kristof, onun maralı Sven, habelə mehriban qar adamı Olafla birlikdə Elzanı tapmaq, buz lənətini dağıtmaq və ona əziz olanları xilas etmək məqsədi ilə şaxta və çovğunlar arasından uzaq və təhlükəli səyahətə çıxır. Dostları çoxlu sınaqlar və həyəcanverici macəralar gözləyir. Qoçaqlar komandasını sirli divlər və bir çox digər personajlar qarşılayır, onlardan bəziləri qəhrəmanlara kömək edəcək, başqaları isə əksinə, xeyirxah məqsədə çatmağa hər vəchlə mane olacaqlar. Qəhrəmanları heyrətamiz sürprizlər gözləyir, sehr isə hər bir qar dənəcəyində qarşıya çıxacaq.

Tamaşaya gələcək hər bir uşaq Erendell krallığında macəraların iştirakçısı ola və ab-havanı hiss edə, habelə çox gözəl cizgi filminin sevimli qəhrəmanları ilə tanış ola biləcək. Balaca qonaqlar şəhərin gözəl sarayına gələn kimi bayram başlayacaq. Tamaşaya gələcək qonaqlar bayram ab-havasını yaşaya, müxtəlif oyunlarda, əyləncələrdə iştirak edə və dövrə vuraraq rəqs edə biləcəklər. Tamaşaçılar nağıl qəhrəmanları ilə birlikdə şən şaradalar həll edəcəklər və "Soyuq ürək" tamaşasının qəhrəmanlarına çətin vəziyyətlərdən necə çıxmağı öyrədəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti