...

“Gəncliyin səsi” festivalı keçiriləcək

Mədəniyyət Materials 26 Yanvar 2018 20:22 (UTC +04:00)
Fevralın 2-6-da ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək.
“Gəncliyin səsi” festivalı keçiriləcək

Bakı. Trend:

Fevralın 2-6-da ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

“Gəncliyin səsi” festivalının “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi planlaşdırılır.

Eyni zamanda festivalın açılış mərasimində istedadlı gənclərin mükafatlandırılması nəzərdə tutulub.

2016-cı ildən etibarən sözügedən festival Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti