...

Lalə Məmmədovanın “Nəğməkar qız” adlı konserti keçiriləcək (VİDEO)

Mədəniyyət Materials 6 Fevral 2018 20:31 (UTC +04:00)
Lalə Məmmədovanın “Nəğməkar qız” adlı konserti keçiriləcək.
Lalə Məmmədovanın “Nəğməkar qız” adlı konserti keçiriləcək (VİDEO)

Bakı. Trend:

23 fevral saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində respublikanın əməkdar artisti Lalə Məmmədovanın “Nəğməkar qız” adlı konserti keçiriləcək.

Konsertdə ifaçını əməkdar artist Tariyel Abbasovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı müşayiət edəcək.

Gecədə uzun illər dillər əzbəri olmuş, ötən illərin mahnıları ilə yanaşı, ifaçının repertuarında səslənib sevilən mahnılar ifa olunacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti