...

Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı beynəlxalq festival keçiriləcək

Mədəniyyət Materials 1 May 2018 15:00 (UTC +04:00)

Bakı. Trend:

Ukraynanın İvano-Frankovsk şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı beynəlxalq festival keçiriləcək.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq festival çərçivəsində mayın 3-də Azərbaycan rəssamlarının iştirakı ilə “Azərbaycan” adlı rəsm sərgisi açılacaq. Mayın 5-də Azərbaycanın mədəniyyət işçilərinin iştirakı ilə caz festivalı olacaq, eyni zamanda, Azərbaycana dair film nümayiş ediləcək.

Festival çərçivəsində, həmçinin Azərbaycanın milli mətbəxini nümayiş etdirən yarmarka təşkil olunacaq. Mayın 6-da isə festivalın bağlanış günü qala konsert keçiriləcək.

Ukraynanın Xarkov, Dnepr, Odessa və digər şəhərlərində də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təqdimatlar, konfranslar keçiriləcək.

Mayın 18-də Azərbaycanın Ukraynadakı səfirliyində rəsmi qəbul da təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti