...

"Klassik musiqi inciləri" layihəsi çərçivəsində konsert keçiriləcək

Mədəniyyət Materials 25 May 2018 08:22 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində "Klassik musiqi inciləri" adlı layihəsi çərçivəsində konsert keçiriləcək.
"Klassik musiqi inciləri" layihəsi çərçivəsində konsert keçiriləcək

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində "Klassik musiqi inciləri" adlı layihəsi çərçivəsində konsert keçiriləcək.

Trend-in məlumatına görə, mayın 31-də layihə çərçivəsində keçiriləcək konsertdə əməkdar artistlər Təranə Əliyeva, Elçin Həşimov, Elnur Əhmədov, Ələkbər Ələkbərov və Rövşən Qurbanov, Fərid Quliyev, Nahid Məmmədov, Aytən İbrahimova, Mehri Əsədulla iştirak edəcəklər.

Onların ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa ediləcək. Konsertmeyster Arzu Səfərovadır.

Biletləri şəhərimizin kassalarından, "ASAN xidmət" mərkəzlərindən və iticket.az saytından əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti