Bakı. Trend:
Bakı Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda şəhərimizin sakinlərinin və şəhərimizə gələn qonaqların həftə sonlarını daha əyləncəli və daha yararlana biləcəyi bir yay mövsümü olacaq.
Trend-in məlumatına görə, Azərbaycan Rəqs Assosiasiyası həftə sonları sizin görüşünüzə gəlir. Öz müəllim və tələbə heyətləri eləcə də, ölkəmizdəki bir neçə qruplar və digər ölkədən gəlmə qruplarla “Baku Soul of Art and Dance” festivalını təşkil edib. Bu festivallarda rəqqaslarımız, gənc mügənnilərimiz, artistlərimiz öz çıxışlarını nümayiş etdirirlər, bundan əlavə isə bulvarda açıq dərslər keçirilir. Açıq dərslər müxtəlif növ rəqslərdən ibarət olur. Bu dərslərə isə istəyindən asılı olaraq hər kəs qatıla bilər.
ARA-nın prezidenti və AGİ-nin sədr müavini Əziz Əzizov bildirib: “Bu cür festivalların və açıq dərslərin keçirilməsində başlıca məqsədimiz rəqs üzrə istedadlı gənclərimizi daha da inkişaf etdirmək, onların bu sahəyə olan həvəslərini daha da genişləndirmək, bununla yanaşı şəhərimizə gələn qonaqlarımızı milli rəqslərimizlə daha yaxından tanış etməkdir”.
Artıq həftə sonları bir neçə konsertlər və açıq dərslər olub. Konsertlərin izləyiciləri isə hər həftə daha da çoxalır. Bu isə ARA-nın kollektivləri və iştirak edən qrupların işlərində daha da həvəsli olmasına səbəb olur.
Konsert 3-4 saatdan ibarət olur. Bir-birindən fərqli rəqslər və möhtəşəm çıxışlar olur və burada istəyindən asılı olaraq bütün qruplar çıxış edə bilər.
Siz də həftə sonlarınızı daha əyləncəli və səmərəli keçirmək istəyirsinizsə, konsertlərdə iştirak etməyə və dərslərə qatilmağa tələsin!
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az