...

Bakıda I Beynəlxalq Folklor Festivalı keçirilib (FOTO)

Mədəniyyət Materials 24 İyul 2018 19:36 (UTC +04:00)
Bakıda “Children is our future” adlı I Beynəlxalq Folklor Festivalı keçirilib.
Bakıda I Beynəlxalq Folklor Festivalı keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda “Children is our future” adlı I Beynəlxalq Folklor Festivalı keçirilib.

Trend-in məlumatına görə, festival Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı mədəni əlaqələrin daha da möhkəmləndirilməsidir.

İyulun 21-də "Spring otel"də Festivalın acılış mərasimi baş tutub. Festivalda Azərbaycanı, Hindistanı və Gürcüstanı təmsil edən “Aysel”, “Bobby”, “Vardiza” rəqs qrupları iştirak ediblər.

Fərqli üslubda və peşəkarlıqla ifa edilən rəqslər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Festivalın yekun qala konserti iyulun 22-si Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində baş tutub.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti