...

Bakı metrosunda gəmilərin fotosərgisi olacaq

Mədəniyyət Materials 24 Avqust 2018 14:07 (UTC +04:00)
Bakı metropolitenində daha bir əhəmiyyətli sosial layihə həyata keçiriləcək.
Bakı metrosunda gəmilərin fotosərgisi olacaq

Bakı. Trend:

Bakı metropolitenində daha bir əhəmiyyətli sosial layihə həyata keçiriləcək.

Trend-in məlumatına görə, layihə "Bakı Metropoliteni" QSC və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin birgə təşkilatçılığı ilə ərsəyə gələcək.

Bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir. Bununla əlaqədar metropolitenin "Gənclik" stansiyasının keçidlərində fotosərgi təşkil ediləcək. Bununla, stansiya keçidlərindən istifadə edən paytaxt sakinləri və şəhərimizin qonaqları, metro sərnişinləri, eləcə də mövzu ilə maraqlanan hər kəs Xəzər sularında gəmiçiliyin inkişaf tarixinə virtual səyahətə çıxmaq fürsəti əldə edəcəklər.

Ümumilikdə, Xəzərdə Azərbaycan gəmiçiliyinin salnaməsini canlandıran, müxtəlif dövrləri əhatə edən 90 fotodan ibarət sərgi sentyabrın 10-da açılacaq və bir neçə ay davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti