...

Opera və Balet Teatrı yeni mövsümün açılışına hazırlaşır

Mədəniyyət Materials 11 Sentyabr 2018 02:37 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 110-cu yubiley mövsümünün açılışına hazırlaşır.
Opera və Balet Teatrı yeni mövsümün açılışına hazırlaşır

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 110-cu yubiley mövsümünün açılışına hazırlaşır.

Teatrdan Trend-ə verilən məlumata görə, mövsüm ənənə üzrə sentyabrın 19-da dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası ilə açılacaq.

Tamaşa bu il 10-cu dəfə keçiriləcək Ü.Hacıbəyli beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaq. Mövsümün açılış tamaşasında əsas rolları Əməkdar artist Elnur Zeynalov (Məcnun), gənc muğam ifaçısı Rəvanə Əmiraslanlı (Leyli), əməkdar artistlər Cahangir Qurbanov (Nofəl), Təyyar Bayramov (İbn-Salam) və digərləri ifa edəcəklər. Dirijor Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Ü.Hacıbəyli musiqi festivalı çərçivəsində həmçinin sentyabrın 22-də A.Pyatsollanın "Məhəbbət tanqosu" baleti, sentyabrın 23-də isə M.Maqomayevin "Şah İsmayıl" operasının tamaşaları keçiriləcək.

Sentyabrın 26-da balet həvəskarları Qara Qarayevin "Leyli və Məcnun" və "Don Kixot" baletlərini seyr edə bilərlər.

Sentyabrın 29-da görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyi şərəfinə Ü.Hacıbəylinin "Arşın mal alan" tamaşası nümayiş olunacaq.

Sentyabrın 30-da, bazar günü isə teatrda C.Puççininin "İl Tabarro" operasının tamaşası keçiriləck.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti