...

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı başa çatıb (FOTO)

Mədəniyyət Materials 27 Sentyabr 2018 14:14 (UTC +04:00)
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalına sentyabrın 26-da yekun vurulub.
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı başa çatıb (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalına sentyabrın 26-da yekun vurulub.

Trend-in məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən festivalın bağlanış mərasimində elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Gecədə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış edib.

Festival günlərində Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına “New life brass” kvinteti, “Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbir keçirilib.

2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalı böyük əks-səda doğurub. Festival konsertlərində müxtəlif ölkələrin tanınmış musiqiçiləri, bədii kollektivləri, solistləri və dirijorları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti