...

Dünyanın ən cəld pianoçusu olan Peter Bense Bakıda mətbuat konfransı keçirəcək

Mədəniyyət Materials 22 Noyabr 2018 10:09 (UTC +04:00)
Dünyanın ən cəld pianoçusu olan Peter Bense Bakıda mətbuat konfransı keçirəcək.
Dünyanın ən cəld pianoçusu olan Peter Bense Bakıda mətbuat konfransı keçirəcək

Bakı. Vüqar İmanov - Trend:

Dünyanın ən cəld pianoçusu olan Peter Bense Bakıda mətbuat konfransı keçirəcək.

Trend-in məlumatına görə, 24 noyabr tarixində, saat 14:00 da dünyanın ən cəld pianoçusu olan PeterBense-nin Bakı Konqres Mərkəzində mətbuat konfansı keçiriləcək.

Mətbuat konfransına təşrif buyuran bütün jurnalistlərə konsertə biletlər də hədiyyə olunacaq.

Qeydiyyatdan keçmək üçün 22.11.2018 saat 18:00-dək ad və soyadınızı bu ünvana göndərin: [email protected]

Əks halda, mətbuat konfransı və konsertdə iştirak edə bilməyəcəksiniz.

Jurnalist və şəxsiyyət vəsiqələrinizi də özünüzlə gətirməyi unutmayın!

Ginnesin Rekordlar Kitabına dünyanın ən cəld pianoçusu kimi düşən Peter Bense 24 noyabrda Bakı Konqres Mərkəzində "AwesomePiano" konserti ilə çıxış edəcək!

Peter Bense öz mükəmməl ifası və heyrətamiz bacarığı ilə dinləyicilərə musiqi bayramı yaşadacaq! Bu gecə əyləncəli olduğu qədər də unudulmaz olacaq! Dünyaca məşhur hitlərin ifasından həzz almaq üçün təşrif buyurun!

Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Gənclik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.ticket.azs aytından əldə edə bilərsiniz.

Biletlərin sifarişi üçün +99450/773549054

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti