...

Sumqayıt Dövlət Dram Teatrı Yeni ilə hazırlaşır

Mədəniyyət Materials 29 Noyabr 2018 01:48 (UTC +04:00)
Sumqayıt Dövlət Dram Teatrı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2019-cu il üçün yeni proqramın hazırlığına start verib.
Sumqayıt Dövlət Dram Teatrı Yeni ilə hazırlaşır

Bakı. Trend:

Sumqayıt Dövlət Dram Teatrı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2019-cu il üçün yeni proqramın hazırlığına start verib.

Teatrdan Trend-ə verilən məlumata görə, bu ilin bayram şənliyində kiçik yaşlı tamaşaçılar teatrda fərqli bir ssenari üzrə maraqlı, əyləncəli, musiqili tamaşanı seyr etmək imkanı əldə edəcəklər.

Kollektiv “Çeburaşkanın Yeni il sərgüzəştləri” adlı tamaşa üzrərində yaradıcılıq işinə start verib. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının gənc və istedadlı rejissoru Ayla Osmanova, rəqslərin qurluşçusu Ceyhun Dadaşov, rəssamları Nizami Dadaşov və Arif Müzəffərovdur. Rejissor Fuad Kazımov, rejissor assistenti isə Fazilə Rzayevadır.

Tamaşada əsas obrazları Əməkdar artist İzaməddin Bağırov, Şəhla Məmmədova, Firuzə Şərifova, Kamran Muradlı, Şəmistan Süleymanlı, İlahə Səfərova, Sevda Hüseynova, Yusif Dadaşov, Dağlar Rüstəmov, Elay Xasiyev və başqaları ifa edəcəklər.

Tamaşalar bu il dekabrın 29-dan 2019-cu il yanvar ayının 3-ə qədər saat 11.00,13.00 və 15.00-da nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti