...

ARTIM ROOMS layihəsi – gənc rəssamlar, kuratorlar və digər yaradıcı insanlar üçün sərbəst otaqlar təklif edir

Mədəniyyət Materials 13 Dekabr 2018 12:23 (UTC +04:00)
Arzu edən hər kəs, ARTIM məkanında mövcud olan otaqların bir və ya bir neçəsində öz ideyalarını gerçəkləşdirmək üçün müraciət edə bilər.
ARTIM ROOMS layihəsi – gənc rəssamlar, kuratorlar və digər yaradıcı insanlar üçün sərbəst otaqlar təklif edir

Bakı. Trend:

ARTIM ROOMS layihəsi – gənc rəssamlar, kuratorlar və digər yaradıcı insanlar üçün sərbəst otaqlar təklif edir. Arzu edən hər kəs, ARTIM məkanında mövcud olan otaqların bir və ya bir neçəsində öz ideyalarını gerçəkləşdirmək üçün müraciət edə bilər.

Layihənin başlıca məqsədi, yaradıcılıq vasitəsilə inkişaf edən, insanları bir araya gətirən, müzakirələr və eksperimentlər aparmaq üçün dinamik və müstəqil “orqanizm”, canlı və kompleks platforma yaratmaqdır. Təbiətdə, bu “avtopoezis” terminində əks olunur. Avtopoezis – son dərəcə möhkəm struktur vasitəsilə mümkün ola bilən, bir çox bağlantılar və mürəkkəb sistem yaradan, öz-özünə inkişaf edən orqanizmdir.

Avtopoezis (yunan dilindən αὐτo- (avto-) – “özü”, ποίησις (poezis) – “yaranma”, “törəmə” deməkdir) – öz-özünü yaratmaq və təmin etmək əzmində olan sistemə istinad edir. Avtopoezisin bu ümumiləşdirilmiş görüntüsü, öz fiziki komponentləri, informasiya və mürəkkəblik çərçivəsində ölçülə bilən quruluş baxımından öz-özünü hasil edə bilən sistemləri nəzərdən keçirir. Digər sözlə, biz - avtopoezis sistemləri, öz mühiti deyil, daha çox öz mürəkkəbliyi ilə hasil edilən sistemlər kimi təsvir edə bilərik.

Əgər Siz də ARTIM ROOMS layihəsinin iştirakçısı olmaq istəyirsinizsə – sərgilər, məşğələlər, video, foto, performanslar, konsert layihələrinizi və ya digər kreativ ideyalarınızı [email protected] göndərin! Sizin təkliflərinizi səbirsizliklə gözləyirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti