...

ABŞ Səfirliyi “FilmAkt Festivalı”nı maliyyələşdirib (FOTO)

Mədəniyyət Materials 6 Fevral 2019 10:43 (UTC +04:00)
“FilmAkt Qısametrajlı Sənədli Film Festivalı"nın bağlanış mərasimi 5 fevral tarixində “Ləndmark” otelində keçirilib.
ABŞ Səfirliyi “FilmAkt Festivalı”nı maliyyələşdirib (FOTO)

Bakı. Trend:

“FilmAkt Qısametrajlı Sənədli Film Festivalı"nın bağlanış mərasimi 5 fevral tarixində “Ləndmark” otelində keçirilib. Həmin tədbirdə dəyərli layihələr arasından seçilmiş qalib filmlər mükafatlandırılıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, festivalın ən yüksək prizini Pərviz Məcidov, Elnur Musayev, Gülnar Əskərinin “Alzheimer” filmi qazanıb. 2-ci yeri Sərxan Nəciyev, Gulər Rzayeva və Saray Cəlilova tərəfindən çəkilmiş “Plus 1” filmi, 3-cü yeri isə Günay Nəsirova, Vüsal Mehdizadə, Minarə Kərimova və Bəxşeyiş Rəhimov tərəfindən hazırlanmış “Tələ” filmi qazanıb.

Bu filmlərdə gender əsaslı ayrıseçkilik, əlillərin haqları, əqli sağlamlıq kimi vacib mövzular əks olunub.

Üç günlük tədbir ABŞ-n Azərbaycandakı Səfirliyinin və “Baki İdeaLab”ın maliyyə dəstəyi ilə “Y-PEER Azerbaijan“ təşkilatı tərəfindən həyata keçirilib. Bu layihə gənclərə yaradıcı şəkildə film çəkmək bacarıqlarını təkmilləşdirmək, sosial şəbəkələşmə və icma quruculuğu qabliyyətlərini artırmaq imkanı verib, səsi eşidilməyənlərin səslərini insanlara çatdırmaqla öz icmalarına töhfə vermək üçün gəncləri gücləndirib.

“Y-PEER Azərbaycan” şəbəkəsinin mütəxəssisləri Bərdə, Balakən və Bakıda yaşayan 45 gəncə 2018-ci ilin sentyabr-noyabr aylarında təlimlər keçiblər. Təlim iştirakçıları qazandıqları yeni təcrübədən bəhrələnərək işə başlayıb, plan tərtib edib və 10 film çəkiblər.

Sabunçu və Xəzər Gənclər Evi, “ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiyasiyası” və “Ləndmark” otel də “FilmAkt Festivalı”na dəstək göstəriblər.

Ətraflı məlumatı “Y-PEER Azerbaijan” təşkilatının facebook səhifəsindən əldə edə bilərsiniz:

https://www.facebook.com/ypeerazerbaijan/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti