...

Bakıda “Best Musicial Shows” müzikl şousu keçiriləcək (FOTO)

Mədəniyyət Materials 19 Fevral 2019 02:51 (UTC +04:00)
23 Fevral Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Best Musicial Shows” müzikl şousu keçiriləcək. Şouda dünyanın ən sevilən müzikl şouları olan “Burlesque”, “Moulin Rouge”, “Chicago” və “The Great Gatsby” müzikllarının ən möhtəşəm hissələri nümayiş olunacaq
Bakıda “Best Musicial Shows”  müzikl şousu keçiriləcək (FOTO)

Bakı. Trend:

23 Fevral Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Best Musicial Shows” müzikl şousu keçiriləcək. Şouda dünyanın ən sevilən müzikl şouları olan “Burlesque”, “Moulin Rouge”, “Chicago” və “The Great Gatsby” müzikllarının ən möhtəşəm hissələri nümayiş olunacaq.

Trend-in məlumatına görə, bu şou dünyada ən yaxşı müzikllarda işləyən konferansye sənətkarın həyat hekayəsinə əsaslanır.

Böyük teatr səhnələri, aktyorların inanılmaz səsləri, göz oxşayan bəzəkləri ilə möhtəşəm kostyumlar bütün bunlar “Best Musical Shows” müzikl şousunda! İnanırıq ki, belə möhtəşəm səhnələrin birləşməsi izləyicilər tərəfindən yüksək qiymətləndiriləcək.

Layihənin təşkili Jam Group komandası tərəfindən görülür.

Biletləri şəhərin bütün kassalarından, Asan Xidmət və iTicket.az saytından əldə edə bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti