...

"Testene Art Baku" III Beynəlxalq İncəsənət müsabiqəsinin qala konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 18 Mart 2019 20:52 (UTC +04:00)

Bakı. Trend:

R.Behbudov adına Dövlət Mahnı Teatrında "Testene Art Baku" III Beynəlxalq İncəsənət festival - müsabiqə qaliblərinin mükafatlandırılması və qala konserti keçirilib.

Təşkilatçılardan Trend-ə verilən məlumata görə, festival - müsabiqənin bədii rəhbəri İqor Bubençikov tədbirin əvvəlində Viktor Pelenyaqre (Moskva), Françesko Pedaçi (İtaliya), Petras Kunca (Litva), Lüdmila Sinyaqovsakaya (Sankt Peterburq),İzdenova Bibigül (Qazaxıstan), Fyodorova Gülnara (Moskva), Ağaverdi Paşayevdən (Bakı) ibarət münsiflər heyətini təqdim edib.

Münsiflər heyəti çıxış edərək qalibləri təbrik edib.Sonra qaliblərə kubok, diplom və medallar təqdim olunub. Hər yaş qrupu üzrə ayrı-ayrılıqda I ,II, III yerlər müəyyən edilib. Qran Pri mükafatına ən yüksək balla Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Hacılı Nəcəf ( 17-19yaş qrupu) layiq görülüb və İtaliyada keçiriləcək "Pokaji sebya miru" festival - müsabiqəsinə vəsiqə qazanıb.

Qeyd edək ki, “Testene-Art” III Beynəlxalq İncəsənət festival - müsabiqəsi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı keçirilib. Müsabiqəyə müxtəlif nominasiyalar üzrə 200-ə yaxın iştirakçı qatılıb.

Mükafatlandırılma mərasimindən sonra qaliblərlə yanaşı münsiflər heyətinin üzvü Bolonya Konservatoriyasının müəllimi vokalçı Françesko Pedaçinin ifasında əsərlər səsləndirilib.

Sonda "Testene Art Baku" II Beynəlxalq İncəsənət festival -müsabiqənin qalibi Rza Xosrovzadə ilə münsiflər heyətinin sədri Viktor Pelenyaqrenin birgə ifası alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti