Bakı. Trend:
“Miss & Mister Planet Azerbaijan 2019” beynəlxalq müsabiqəsinin ilk seçim turu başa çatıb.
Təşkilatçılardan Trend-ə verilən məlumata görə, qalib ölkəmizi Tailand krallığında beynəlxalq müsabiqədə təmsil edəcək.
Bir neçə gun əvvəl Winter Park Hotel Baku-da, “Miss & Mister Planet Azerbaijan 2019” beynəlxalq müsabiqəsinin ilk seçim turu keçrilib.
Münsif kürsüsündə blogger Ramin Musayev, modelyer-dizayner Afaq İsmayılzadə, Ülkər Hüseynova, aparıcı Samir Bayramlı, Kəngərli Group rəhbəri Cəlal Kəngərli, müğənni Nura Suri, modellər İlqar Əliyev, Nərmin Səfərova, Xoreoqraf Mubariz Allahverdizadə, jurnalist Vuqar Vüqarlı, Mario Russo Baku brendinin sahibi Ruslan Məmmədov, Fitness treyner Səbinə Məhərrəmova və beynəlxalq müsabiqənin ötən illərdəki, Azərbaycan təmsilçiləri Yusif Cəfərli, Züleyxa Oruc və Emil Qasımov və başqaları yer alıb.
Yarışmanın ilk seçim turunda münsiflər tərəfindən bəyənilən iştirakçılar növbəti tura keçib və ikinci seçim turuna start verilib. Qeydiyyat davam edir.
Qeyd edək ki, qalib ölkəmizi sentyabr ayında Taylanda Krallqında keçriləcək Miss and Mister Planet beynelxalq gözəllik müsabiqəsində təmsil edəcək. Miss and Mister Planet beynelxalq gözellik müsabiqəsi artıq 7 ilə yaxındır müxtəlif ölkələrdə keçrilir. İlk öncə Miss Planet olaraq keçrilsədə, 2016 ci ildən Mister Planèt də, əlavə olaraq. Miss and Mister Planet dünya musabiesi olaraq keçrilməyə başladı. Azərbaycan ilk dəfə 2015 ci ildən bu müsabiqədə iştirak etsədə rəsmi olaraq 2016 ci ildən təşkilatçı Aqil Məmiyevin sayəsində rəsmi olaraq iştirak edir. Azərbaycana həmin il Yusif Cəfərli dünya birinciliyi qazandırır.Müsabiqənin sonuncu iştirakçiları Züleyxa Oruc və Emil Qasimov olur. Yeniden Emil Gasimov olkemize ikinci defe dunya birincliyi qazandirir.
Final tarixi bəlli olmasa da, tədbirin aparıcısı Mədinə Abdullayevadır.
Layihənin Milli və Beynəlxalq direktoru Aqil Məmiyev, layihə direktoru Pərviz Əzimzadə, baş prodüseri Sadiq Cəfərov, reklam direktoru Nicat Huseynzadədir.
İkinci seçim turunda iştirak etmək üçün +994 50 500 66 33 əlaqə saxlaya bilərsiniz.
Foto - Ağasəməd Şahzadə və Məhəbbət Nəsirov
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az