...

"Azerbaijan Golden Kids Awards 2019" layihəsinin iştirakçılarının bir qrupu bəlli olub (FOTO)

Mədəniyyət Materials 17 Aprel 2019 00:19 (UTC +04:00)
Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Azerbaijan Golden Kids Awards 2019 layihəsində nominantlığını irəli sürən iştirakçıların bir qismi artq bəlli olub.
"Azerbaijan Golden Kids Awards 2019" layihəsinin iştirakçılarının bir qrupu bəlli olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Azerbaijan Golden Kids Awards 2019 layihəsində nominantlığını irəli sürən iştirakçıların bir qismi artq bəlli olub.

Belə ki, incəsənətin bir çox sahələrindən uşaqlar bu illər ərzində əldə etdiyi uğurlara görə layihədə “Golden Kids Awards 2019” mükafatını alacaqlar.

Layihə rəhbəri Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət Departamentinin sədri Ülviyyə Bəbirlinin sözlərinə görə, layihəyə qatılan uşaqlar həqiqətən də uşaq olmaqlarına baxmayaraq indiyə qədər artıq özlərinə görə sözlərini deyiblər. İdman sahəsindən tutmuş yaradıcı uşaqlara qədər sənəd göndərən nominantların yaşlarının az olmasına baxmayaraq bu qədər nailiyyətlər əldə etməsi həqiqətən fərəh hissi doğurur. Layihənin qala gecəsində həmin bu uşaqları tanımayanlar da tanıyacaq. Azərbaycanın tanınmış simaları, aktyor, müğənni, rejissor və s. nominantları səhnədə mükafatlandıracaqlar.

Qeyd edək ki, Azərbaycanda yeganə uşaq mükafatlandırma mərasimi olan “Azerbaijan Golden Kids Awards 2019” layihəsi 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunur. Layihənin tərəfdaşı artıq ikinci ildir ki, Nizami Kino Mərkəzidir.

Layihənin keçirilməsində məqsəd 5-16 yaşadək olan uşaqların iştirakını təmin edərək onların inkişafına və peşə bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır.

Aşağıdakı nominasiyalar üzrə qalibləri mükafatlandıracaqlar:

Ən yaxşı rəssam
Ən yaxşı vokal ifaçı
Ən yaxşı pop ifaçı
Ən yaxşı estrada ifaçısı
Ən yaxşı model
Ən yaxşı pianoçu
Ən yaxşı skripka ifaçısı
Ən yaxşı uşaq xoru
Ən yaxşı rəqs ansamblı
Ən yaxşı rəqqas
Ən yaxşı aktyor
Ən yaxşı aktrisa
Ən yaxşı aparıcı
Ən yaxşı kikbokçu
Ən yaxşı uşaq xoru
Ən yaxşı uşaq klipi
Ən yaxşı balaca jurnalist
Ən yaxşı qanun ifaçısı
Ən yaxşı klarnet ifaçısı

Nominantlığını irəli sürən iştirakçıların tanıtım posterləri sosial şəbəkələrdə və mediada aprel və may ayları ərzində yayılacaq.

Layihənin əsas tədbiri, təntənəli Qala gecəsi may ayına təsadüf edəcək və Nizami Kino Mərkəzində baş tutacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti