Əbülfəs Qarayev: Mədəni zənginliyimizin tanınmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır

Əbülfəs Qarayev: Mədəni zənginliyimizin tanınmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev 22 iyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin jurnalist ictimaiyyətini təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə bildirilir ki, bu il 144 yaşını qeyd edən milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib. 1875-ci ildə görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilərək xalqımızın milli oyanışında, XX əsrin əvvəllərində istiqlal arzularının gerçəkləşməsində dərin iz qoyub. Bu yolda tarixi xidmətlər göstərmiş fədakar ziyalılarımızı dərin hörmət hissi ilə yad edirik.

Azərbaycan mətbuatı tarixinin sonrakı mərhələlərində, eləcə də sovet dövrünün məlum ideoloji çərçivələrində belə özünün başlıca missiyasını yerinə yetirərək maarifçi düşüncənin genişlənməsinə, xalqımızın milli-mədəni inkişafına öz töhfələrini verib. Mətbuatımızın müstəqillik dövründə fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə, ölkənin çətin vəziyyətində hakimiyyətə qayıdışı ilə, cəmiyyət həyatının digər sahələri kimi, Azərbaycan mətbuatının da yeni inkişaf dövrü başlandı. Mövcud mətbu orqanların maddi-texniki bazası gücləndirildi, yeni qəzetlər, jurnallar, televiziya və radiolar yarandı. Ulu öndərin təşəbbüsü ilə mətbuatın üzərindən senzuranın götürülməsi isə azad sözün, fikir plüralizminin üfüqlərini genişləndirdi.

Təbrikdə vurğulanır ki, bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılır. Mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də böyük işlər görülür. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən möhtərəm Prezident İlham Əliyevin mətbuatımıza göstərdiyi yüksək diqqət və qayğının gerçək ifadəsidir.

“Məmnunluqla qeyd edə bilərəm ki, Mədəniyyət Nazirliyi ilə mətbuat qurumlarının fəal əməkdaşlığı sayəsində mədəni irsimiz, incəsənətimiz geniş təbliğ edilir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında, mədəni zənginliyimizin tanınmasında kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Bundan sonra da nazirlik olaraq bu istiqamətdə səylərimizi davam etdirərək mətbuat orqanları ilə yaxından əməkdaşlıq edəcəyik”, – deyə təbrikdə qeyd olunur.

Nazir Əbülfəs Qarayev sonda bir daha bütün jurnalistləri Milli Mətbuat Günü münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi adından təbrik edib, cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıb.

Konstitusiya Məhkəməsinin Plenumu əmanətlərin sığortalanması ilə bağlı qərar qəbul edib
Konstitusiya Məhkəməsinin Plenumu əmanətlərin sığortalanması ilə bağlı qərar qəbul edib
Carlsberg Azerbaijan və Şef Aleks fudpeyrinqin sirlərini açdılar (FOTO)
Carlsberg Azerbaijan və Şef Aleks fudpeyrinqin sirlərini açdılar (FOTO)
Nazirlik: Monitorinq aparılmış 1296 obyektin 132-də  sanitar-epidemioloji tələblər pozulub
Nazirlik: Monitorinq aparılmış 1296 obyektin 132-də sanitar-epidemioloji tələblər pozulub
Loading Bars
Xəbər lenti
Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub
23-24 iyul tarixlərində keçirilən imtahanların nəticələri elan olunub
Livan prezidenti hökumətin istefasını qəbul edib
Türkiyə XİN: Ermənistan bölgədə sülhün bərqərar olmasına əsas əngəldir
Qeyri-çimərlik ərazidə 1 nəfər batıb
ABŞ-da güclü partlayış olub
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Maliyyə naziri Samir Şərifov “Hədəf”in suallarını cavablandırıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 224 min nəfəri ötüb
Ağdam rayonunda ev yanıb
Livanın baş naziri hökumətin istefasını elan edib
ABŞ və Portuqaliyanın botanika bağlarından alınan ekzotik bitkilər Abşeronda əkilə bilər - YENİ TƏDQİQAT
Operativ Qərargah koronavirus testlərinin qiymətinin optimallaşdırılması üçün tədbirlər görməlidir - Musa Quliyev
“Qəbələ” albaniyalı müdafiəçini transfer edib
ABŞ polisi cinayətkarın zərərsizləşdirilməsi anını görüntüyə alıb (VİDEO)
Vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi - FƏRMAN
Borclu şəxslərlə bağlı notariat hərəkətləri barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında veriləcək - QANUN TƏSDİQLƏNDİ
Livan hökuməti tam tərkibdə istefa verib
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti uzadılıb
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişiklik edildi
Mütəxəssis: İnsanlarla dolu çimərliklər COVİD-19-la bağlı ən riskli ərazilər hesab edilə bilər
İctimai işlər növündə inzibati tənbeh alan şəxslərin qarşısına yeni vəzifələr qoyuldu
“iPhone”ların satışı 30 faiz azala bilər
“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi
QHT-lər maliyyə əməliyyatlarını elektron formada apara biləcəklər - QANUNA DƏYİŞİKLİK
Təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir (FOTO)
Şabranda nişan mərasimi keçirmək istəyən şəxslər saxlanıldı (FOTO)
Tovuzdan başlayan təxribat bu gün də davam edir?!
Bu il sosial xərclər və məşğulluğa dəstək tədbirləri ilə bağlı rekord göstərici qeydə alınıb
“Azərbaycan diaspora fəaliyyətində gənclərin rolu” adlı konfrans keçirilib
AQTA 51 obyektdə kobud qayda pozuntuları aşkarlayıb
Polis Şabranda reyd keçirib (FOTO)
Konstitusiya Məhkəməsinin Plenumu əmanətlərin sığortalanması ilə bağlı qərar qəbul edib
Biləsuvarda minik avtomobili yanıb
Carlsberg Azerbaijan və Şef Aleks fudpeyrinqin sirlərini açdılar (FOTO)
Nazirlik: Monitorinq aparılmış 1296 obyektin 132-də sanitar-epidemioloji tələblər pozulub
Masazır Duz Zavodu tərəfindən duz tədarükü mövsümünə start verilib (FOTO)
Antonio Banderas koronavirusa yoluxub
Neftçalada içməli su probleminin aradan qaldırılması üçün hansı işlər görülür? - RƏSMİ AÇIQLAMA (FOTO)
Son 18 ay ərzində Azercell-in LTE şəbəkəsinin əhatəsi 85% yüksəlib
Avqustun 11-də dolların manata qarşı məzənnəsi
AQTA qida sahəsində fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlandı
Parisdə açıq havada maska taxmaq məcburi oldu
Novxanıda batan şəxsin cəsədi tapılıb (ƏLAVƏ OLUNUB) (VİDEO)
Ağacları zədələyən şəxs cəzalanıb
Azərbaycanda 79 nəfər koronavirusa yoluxdu, 278 nəfər sağaldı
Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər (FOTO/VİDEO)
Ağdamda ev əşyaları ilə birgə yanıb
24 cinayətin üstü “isti izlər”lə açılıb
Paytaxtın elit otelləri COVİD-19 xəstələrini müalicə edən həkimlərin xidmətindədir
ÜST yeni növ koronavirusu mövsümi xəstəlik hesab etmir
DOST Agentliyinin əməkdaşları təşəkkürnamələr ilə təltif edildi (FOTO)
Prezident İlham Əliyev: Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı
Prezident İlham Əliyev: Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik
Lerikə qeyri-qanuni yollarla istirahətə gələn daha 24 nəfər cərimələndi
Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir
Prezident İlham Əliyev: Bütün layihələr uğurla icra edilir
Prezident İlham Əliyev “Qarabağ” neft yatağı haqqında: 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır
Azərbaycan Prezidenti “Qarabağ” yatağının dayaq bloku haqqında: Bu qurğu bir daha bizim qüdrətimizi göstərir
Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır
Tullantı sularının təkrar emalı sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçiriləcək
"Gazelli Group şirkəti #GazelliYardım proqramı çərçivəsində aztəminatlı ailələrə göstərdiyi yardımı davam etdirir (VİDEO)
"Neftçi", "Keşlə" və "Sumqayıt"ın Avropa Liqasında rəqibləri bəlli oldu
DANX-a yeni rəis müavini təyin edildi
Rusiyada yanacaqdoldurma məntəqəsində güclü partlayış olub - Yaralılar var (VİDEO)
Qaxa istirahətə gedən 9 nəfər cərimələndi (FOTO)
Prezident İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib
Azad Rəhimov: İcazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin (FOTO)
MMC direktorunun qanunsuz hərəkətlərinə dair cinayət işi məhkəməyə göndərilib
Qeyri-ərzaq mağazalarında fəaliyyət bərpa olunub (FOTO)
Prezident İlham Əliyev: Bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq
Rusiya məhkəməsi "Google" şirkətini cərimələyib
Hoqland “Amerikanın Səsi”nə müsahibəsində fikrinin təhrif olunmasını Trend-ə şərh edib
Dr. Sevinc Gülmalıyeva: “Sevinirik ki, laboratoriyamızın intensiv fəaliyyəti sayəsində COVİD-19 xəstələrinə düzgün diaqnozun qoyulmmasında və onların sağalmasında bizim də payımız var”
Livanlı tarixçi: Livan ermənilərinin bütün livanlılar adından danışmaq hüququ yoxdur
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu təlimlər keçirəcək
İranda koronavirusdan ölənlərin sayı 18 616 nəfərə çatıb
244 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Mütəxəssis: İqtisadi fəal əhalinin ərazilər üzrə bölgüsünün stimullaşdırılması mexanizmi yaradılmalıdır
Kürdə batan Yevlax sakininin meyiti tapılıb
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB 2)
Azərbaycanın məşğulluq xəritəsi hazırlanır
Azərbaycan daşıyıcılarının Gürcüstan və Türkiyəyə giriş icazəsi bərpa edildi (FOTO)
İlahiyyat İnstitutu abituriyentlər müraciət edib
Bakıda 32, rayonlarda 35 dərəcəyədək isti olacaq
Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib
Qubada dağlıq ərazidə yanğın olub (FOTO)
Qubada evi tərk edən koronavirus xəstəsi aşkarlanıb (FOTO)
İsraildə keçirilən aksiyadan: Azərbaycan torpaqlarının azad edilməsinə gücümüz çatan səviyyədə töhfə verməyə hazırıq (FOTO)
Özünüməşğulluq proqramına cəlb olunan şəxslər təlim mərhələsi keçmədən aktivlərlə təmin olunacaq
"Qarabağ" - "Sileks" matçının vaxtı açıqlandı
Qəbələyə istirahətə gələnlər cərimələnib (VİDEO)
Sentyabrın 8-də özəlləşdirmə hərracına 61 dövlət əmlakı çıxarılacaq
Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib
Gəncədə qanunsuz narkotik saxlayan şəxs tutulub (FOTO)
“Zenit” futbol klubunun iki oyunçusu koronavirusa yoluxub
Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib
Avstraliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
Bütün xəbərlər