...

Suraxanıda muğam konserti olacaq

Mədəniyyət Materials 5 Sentyabr 2019 22:53 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 13-də “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayında baş tutacaq.

Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə gerçəkləşəcək tədbir 18 sentyabr Milli Musiqi gününə həsr olunacaq. Muğam dolu gecədə gənc xanəndələrin ifasında muğam dəstgahları, təsnif və xalq mahnıları səsləndiriləcək. Konsertə Suraxanı rayonunun bütün sakinləri dəvətlidir və giriş sərbəstdir.
Qeyd edək ki, iyul ayından başlanan layihə ilin sonunadək davam edəcək.

Konsertlər Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzlərində reallaşacaq.

Beynəlxalq Muğam Mərkəzi bu günə kimi bir çox birgə layihələrə imza atıb. Televiziya kanalları, səfirliklər, müxtəlif təşkilatlarla reallaşan uğurlu layihələr sırasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan “Caspian etüd” Beynəlxalq gənc pianoçuların müsabiqəsini misal çəkə bilərik.

BMM həm ölkə daxilində həm də beynəlxalq əhəmiyyətli birgə layihələri fəaliyyətinin əsas istiqaməti kimi davam etdirməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti