...

Bakıda meksikalı pianoçunun konserti olub (FOTO)

Mədəniyyət Materials 5 Sentyabr 2019 20:49 (UTC +04:00)
Meksikalı pianoçu Xesus Lepe Riko Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edib.
Bakıda meksikalı pianoçunun konserti olub (FOTO)

Bakı. Trend:

Meksikalı pianoçu Xesus Lepe Riko Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edib.

Trend-in məlumatına görə, meksikalı pianoçunun Azərbaycanda çıxışı Meksikanın Beynəlxalq Muğam Mərkəzi və Azərbaycandakı Meksika Səfirliyinin əməkdaşlığı əsasında həyata keçirildi.

Tamaşaçılar Xesus Lepenin ifasında Bax, Bethoven və Şopen kimi məhşur bəstəkarların əsərləri, eyni zamanda Rikardo Kastro və Belisario de Xesus Qarsiya kimi dünya şöhrətli görkəmli meksikalı bəstəkarlarının əsərlərini dinlədilər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi fəaliyyətinin əsas istiqaməti kimi beynəlxalq əlaqalərin genişləndirilməsi və milli irsimizin təbliği məqsədilə səfiriklərlə birgə layihələr həyata keçirir. Mərkəzin dəstəyi ilə bu günə kimi Çin, Avstriya, Meksika, Braziliya, İndoneziya, Gürcüstan, Hİndistan, Fransa, Rusiya və digər ölkələrlə çoxsaylı birgə layihələr reallaşıb. Mərkəz həm konsert həm də elmi araşdırma sahəsində səfirliklərlə birgə fəaliyyəti daima genişləndirməkdə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti