...

“Future Stars 2019” XII Beynəlxalq Klassik Musiqi Festivalının yekun konserti keçirilib

Mədəniyyət Materials 17 Dekabr 2019 17:55 (UTC +04:00)
“Future Stars 2019” XII Beynəlxalq Klassik Musiqi Festivalının yekun konserti keçirilib.
“Future Stars 2019” XII  Beynəlxalq Klassik Musiqi Festivalının yekun konserti  keçirilib

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində “Future Stars 2019” XII Beynəlxalq Klassik Musiqi Festivalının yekun konserti keçirilib.

Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Gürcüstan İncəsənət Xadimləri Birliyinin birgə təşkilatcılığı ilə “Future Stars 2019” XII Beynəlxalq Klassik Musiqi Festivalının yekun konserti keçirilib.

Festivalın açılışında çıxış edən Xalq artisti, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev və festivalın təşkilatçısı Nino Kupatadze festivalın artıq 4- cü dəfə Bakıda keçirilməsindən məmnun olduqlarını və müsabiqə nəticəsində hər il neçə- neçə istedadların üzə çıxdığını qeyd ediblər. Vurğulanıb ki, şagirdlər ölkələrini gələcəkdə müxtəlif klassik musiqi festivallarında da layiqincə təmsil etmək potensialını malikdirlər.

Diqqətə çatdırıldı ki, festival günlərində Gürcüstan konservatoriyasının professoru, Xalq artisti Nino Kutatadze(fortepiano), ifaçılar Anar Məmmədov (klarnet),Anar Yusifov(violin),Elena Cancaliya(vokal) tərəfindən ustad dərsləri keçirilib.

Daha sonra tədbir qaliblərin mükafatlandırılması və konsert proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti