...

Maştağadakı tarixi hamamın təmizlənməsi işlərinə başlanılıb (FOTO)

Mədəniyyət Materials 10 İyul 2020 14:37 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Maştağada hamamın olduğu əraziyə zibil tökülməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq olunub, onlarla maarifləndirici söhbətlər də aparılıb.

Bunu Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib. Onun sözlərinə görə, tarixi abidə əvvəllər də bir neçə dəfə zibildən təmizlənib, ətrafda yaşayan insanlara məlumat verilib:

“Buna baxmayaraq, yenə də zibil tökürlər. Vətəndaşlar yaxınlıqda zibil qutularının olmamasından şikayət edirlər. Yaxınlıqda zibil qutularının qoyulması üçün İcra Hakimiyyətinə də, bələdiyyə də müraciət olunub.

Məsələ ilə bağlı hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tarixi abidənin yerləşdiyi ərazidədir. Bələdiyyə və icra nümayəndəsi də əraziyə dəvət olunub. Artıq hamamın təmizlənməsi işlərinə başlanılıb”.

F.Hüseynov əlavə edib ki, günün sonunadək yaxınlığda zibil yeşikləri də qoyulacaq. Həmçinin abidənin bərpa olunması məsələsi də gündəmdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti