...

"Qarabağın səsi" xeyriyyə konserti keçiriləcək

Mədəniyyət Materials 10 Yanvar 2021 15:09 (UTC +04:00)
"Qarabağın səsi" xeyriyyə konserti keçiriləcək

Bakı. Trend:

Yanvarın 10-u Bakı vaxtilə saat 21-də Londonda fəaliyyət göstərən Beynəlxalq Azərbaycan İcmasının və "Red Hearts" Fondu ilə əməkdaşlıq edən könüllülər qrupunun təşəbbüsü ilə "Qarabağın Səsi" ("Voice of Karabakh") adlı qlobal onlayn xeyriyyə konserti keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Britaniya Azərbaycanlıları İcmasının və Beynəlxalq Azərbaycan İcmasının sədri Fəridə Pənahova bildirib ki, məqsəd Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə zamanı zərərçəkmiş mülki əhaliyə dəstək göstərməkdir. Konsertdə ölkəmizin tanınmış müqənniləri Fidan Hacıyeva, Mirələm Mirələmov, Tünzalə Ağayeva, Miri Yusif, Murad Arif və digərləri iştirak edəcəklər.

"Qarabağın Səsi" xeyriyyə konserti Azərbaycan Beynəlxalq Cəmiyyətinin youtube kanalı vasitəsilə nümayiş etdiriləcək.

Konsertin anonsunu aşağıdakı linkdən izləmək olar:

https://www.youtube.com/watch?v=8_ouiRIW0lc

Məqalədə:
Xəbər lenti

Xəbər lenti