Bakı. Trend:
Bu gün Moskvada pandemiyanın sənətə təsirinə həsr olunmuş beynəlxalq "Art Moscow Online" forumu keçiriləcək.
Trend-in məlumatına görə, forumda dünyanın müxtəlif ölkələrindən təxminən 80 mütəxəssis bir araya gələcək.
"Art Moscow Online" çərçivəsində rəssamlar və mütəxəssislər pandemiyanın nəticələrini, yeni rəqəmsal-mexanik və ənənəvi sənət mühitinin transformasiyalarını müzakirə edəcəklər.
Forum tədbirlərinin onlayn yayımına pulsuz qoşulmaq mümkün olacaq.
"Art Moscow Online" forumunun direktoru, "Expo-Park Sərgi Layihələri"nin baş direktoru Vasiliy Bıçkovun sözlərinə görə, onlayn format hər kəsin evdən çıxmadan sənət mühitinə qoşulmasına imkan yaradacaq.