...

Mişel Obama Netflix-də uşaqlar üçün yeni şou hazırlayacaq

Mədəniyyət Materials 10 Fevral 2021 05:26 (UTC +04:00)
Mişel Obama Netflix-də uşaqlar üçün yeni şou hazırlayacaq

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın xanımı Mişel Obama "Netfix" platformasında uşaqlar üçün yeni şou verlişini başladır.

Trend Qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə M.Obama öz "Twitter" səhifəsində elan edib.

"16 Martda "Netflix"də "Vaffli+Moti" adlı yeni bir veriliş açacağımı bildirməkdən məmnunam! Bütün dünyadan ailələri və uşaqları dadlı yeməkləri araşdırdığımız, bişirdiyimiz və yeyən zaman sərgüzəştlərimizdə bizə qatılmalarını səbirsizliklə gözləyirəm" - Obama yazıb.

Xatırladaq ki, 2018-ci ildə Barak Obama və həyat yoldaşı Mişel müxtəlif formatlı filmlərə prodüsserlik etmək üçün "Netflix" yayım xidməti ilə müqavilə bağlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti