...

"Oskar-2021" mükafatlarının laureatları açıqlanıb

Mədəniyyət Materials 26 Aprel 2021 08:10 (UTC +04:00)
"Oskar-2021" mükafatlarının laureatları açıqlanıb

Bakı. Trend:

"Oskar - 2021" kino mükafatının təqdimat mərasimi pandemiya ilə əlaqədar fərqli formatda keçirilib.

Trend-in məlumatına görə, 93 təqdimat mərasimi Los-Ancelesdəki "Dolby" teatrında baş tutub.

"Ən yaxşı film" nominasiyasında rejissoru Xloe Çjao olan "Köçərilər diyarı",

"Ən yaxşı orijinal senari" nominasiyasında rejissor Emirald Fenelin "Ümid verən qız",

Ən yaxşı operator və quruluşçu-rəssam işinə görə Devid Finçerin "Mank",

"Ən yaxşı xarici film" nominasiyasında danimarkalı Tomas Vintenberqin "Daha birini",

İkinci dərəcəli aktyor kimi "İuda və qara messiya" filmində çəkilən Daniel Kaluya,

İkinci dərəcəli aktrisa kimi "Minari" filmində çəkilən Yun Yo Con,

Ən yaxşı qrim, saç düzümü və geyimlərə görə "Ma Reyni: blyuz dəryası",

"Ən yaxşı animasiya filmi" nominasiyasında Piter Dokter və Kemp Pauersin "Ruh" animasiya,

Ən yaxşı aktyor kimi rejissor Florian Zellerin "Ata" filmində çəkilən Entoni Hopkins və ən yaxşı aktrisa olaraq "Köçərilər diyarı" filmində çəkilən Frensis MakDormand,

Ən yaxşı qısametrajlı oyun filmi olaraq "İki uzaq qərib" və tam formatlı sənədli film olaraq "Mənim müəllimim - Səkkizayaq" filmləri, aktyor və aktrisaları Oskar mükafatlarını qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti