...

Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub

Mədəniyyət 19 Yanvar 2022 10:39 (UTC +04:00)
Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub

Bakı. Trend:

Türkiyədə ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə azərbaycanlı professor Ali Askerin elmi redaktorluğu ilə həmvətənlərimizdən ibarət professorların “Azərbaycan düşüncə tarixi” adlı kitabı dərc olunub.

Trend-in məlumatına görə, iki cilddən ibarət olan və 19-cu əsrin ortalarında yaşamış azərbaycanlı dahi şəxsiyyətlər haqqında məlumatlarınn bir arada toplandığı kitabda həm də onların həyat və yaradıcılığını əks etdirən fotolar da yer alıb.

Kitabda, həmçinin 19-cu əsrin ortalarında baş verən ən mühim hadisələrin xronoloji ardıcıllığı əks olunub.

Kitab haqqında ön sözü Türkiyə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tərəfindən, kitabın təqdimatı isə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Abdullah Eren tərəfindən edilib.

Kitab müəllifi professor Ali Asker “Azərbaycan düşüncə tarixi” adlı kitabının Türkiyədə Azərbaycanı daha yaxşı tanıtmaq üçün daha bir addım olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti