...

Altı əsr yaşı olan abidənin bərpa olunması nəzərdə tutulur - Dövlət Xidməti (FOTO)

Mədəniyyət Materials 1 Aprel 2022 16:19 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

XV əsrdə qədim Bakı-Şamaxı karvan yolunun üstündə, Qaradağ rayonu ərazisində tikilən Minəcik karvansarası baxımsız vəziyyətdədir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Trend-ə bildirib ki, Qaradağ rayonu ərazisində, Minəcik deyilən ərazidə yerləşən karvansara Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

"Tarixi abidənin bərpa olunmasına ehtiyac var. Ölkə əhəmiyyətli tarix memarlıq abidələri olan bu karvansaranın bərpa olunaraq istifadə edilməsi məsələsi diqqətdə saxlanılır.

Qədim karvan yollarının üzərində yerləşən bu abidə bərpa olunması üçün investisiya planına salınıb. Abidə növbəti illərdə dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısındadır.

Bu cür dövlət əhəmiyyətli abidələrin təmir-bərpa və tikintisi üçün fərdi sahibkarlar, hüquqi şəxslər, vətəndaşlar da Dövlət Xidmətinə müraciət edə bilərlər. Müraciətlərə baxılacaq və mütəxəsislər tərəfindən nəzərə alınacaq. Müvafiq layihələri hazırlandıqdan sonra uyğun şəkildə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə təmir-bərpa və tikintisi təmin oluna bilər", - deyə N.Allahyarova bildirib.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti