Bakı. Trend
İçərişəhərin qala divarlarının ümumi uzunluğu 900 metrden bir az çoxdur. Onu bir etapda bərpa etmək mümkün deyil, ona görə ki, bu böyük layihədir və kifayət qədər vaxt tələb edir. Digər səbəblərdən biri də İçərişəhərdə sakinlər yaşayır və buranı turistlər ziyarət edir. Belə qərara alınıb ki, qala divarları hissə-hissə bərpa olunsun.
Trend xəbər verir ki, bu sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov bu gün jurnalistlərə açıqlamasında deyib.
Bundan əlavə yaxın gələcəkdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu nəzdində reatavrasiya mərkəzi açılacaq. Azərbaycanda ali təhsil almış gənc mütəxəssislər həmin mərkəzə qoşularaq tarixi abidələrin bərpası istiqamətində əvəzsiz təcrübə qazanmaq imkanı əldə edəcəklər.