...

Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə dünyasını dəyişib

Mədəniyyət Materials 3 Sentyabr 2022 21:33 (UTC +04:00)
Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə dünyasını dəyişib

Bakı. Trend:

Əməkdar incəsənət xadimi, şair, naşir, tərcüməçi Səyavuş Məmmədzadə vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Facebook-da "Azərbaycan Yazıçılar Birliyi" səhifəsində məlumat verilib.

Səyavuş Məmmədzadə 2 oktyabr 1935-ci ildə anadan olub.

Yaradıcılığının ilk illərində "Molodyoj Azerbaydjana" qəzetində mütərcim, sonralar ədəbi işçi kimi işləyib.

Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap edilib.

2003-cü ildə Əməkdar İncəsənət Xadimi adına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti