...

İsraildə Puqaçova və Sobçaka pasport verən məmurlar saxlanıldı

Mədəniyyət Materials 20 Dekabr 2022 11:17 (UTC +04:00)
İsraildə Puqaçova və Sobçaka pasport verən məmurlar saxlanıldı

Bakı. Trend:

İsraildə əhalinin qeydiyyata alınması idarəsinin 5 əməkdaşı saxlanılıb.

Trend xəbər verir ki, onlar rusiyalı müğənni Alla Puqaçova və jurnalist Kseniya Sobçaka müddətsiz pasport verməkdə ittiham olunurlar. Belə ki, qanuna görə Puqaçova və Sobçaka yaşamaq üçün müvəqqəti pasport verilməli idi.

Qeyd edək ki, bir qədər əvvəl mediada Alla Puqaçova və onun həyat yoldaşı, şoumen Maksim Qalkinin İsrail pasportlarından məhrum ediləcəkləri ilə bağlı məlumatlar yayılıb. Qaydalara görə, yəhudiliyi başqa dinə dəyişməmiş şəxslər İsrail vətəndaşlığı ala bilərlər. Lakin Puqaçova ilə Qalkinin pravoslav kilsəsində ailə qurmaları yenidən gündəmə gətirilib.

Xatırladaq ki, Rusiyada Puqaçova, Qalkin və Ukraynanı dəstəkləyən digər ulduzları bütün titullardan məhrum etmək üçün Mədəniyyət Nazirliyi artıq müvafiq qanun layihəsinə baxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti