...

Zeynəb Xanlarova illər sonra - AzTV-nin bayram konsertindən kadrarxası görüntülər (VİDEO)

Mədəniyyət Materials 21 Dekabr 2022 12:13 (UTC +04:00)
Zeynəb Xanlarova illər sonra - AzTV-nin bayram konsertindən kadrarxası görüntülər (VİDEO)

Bakı. Trend:

Azərbaycan Televiziyası (AzTV) hər il olduğu kimi, bu il də tamaşaçılarının qarşısına maraqlı bayram konserti ilə çıxacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, artıq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı konsertinin çəkilişlərinə başlanılıb.

Bu ilki bayram konserti daha bir özəlliyi ilə diqqət çəkəcək. Belə ki, bayram konsertində tamaşaçılar illər sonra ilk dəfə Azərbaycanın Xalq artisti, korifey sənətkarımız Zeynəb Xanlarovanın ifasını dinləyəcəklər.

Korifey sənətkarımızın bayram çəkilişindən kadrarxası görüntülərini təqdim edirik:

Xəbər lenti

Xəbər lenti