...

UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın nümayəndələri İçərişəhəri ziyarət ediblər (FOTO)

Mədəniyyət Materials 12 May 2023 20:53 (UTC +04:00)
UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın nümayəndələri İçərişəhəri ziyarət ediblər (FOTO)

Bakı. Trend:

Bakıda UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS), qurumun Azərbaycan Milli Komitəsinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq seminar keçirilib.

Trend xəbər verir ki, seminar çərçivəsində İCOMOS ekspertlərinin və İsrail, Türkiyə, Bolqarıstan, Sloveniya, Rusiya, Rumıniya, Moldova, Gürcüstan, Pakistan, Qazaxıstan, Özbəkistan, Misir, Oman və digər ölkələrdən olan mütəxəssislərin UNESCO-nun Ümumdünya İrs Məkanı olan İçərişəhərə səfəri baş tutdu.

Seminar iştirakçıları İçərişəhərin dünya irs məkanı kimi mühafizəsi, mədəni irs obyektlərinin bərpası və konservasiyası, eləcə də zəngin mədəni irsin təbliği istiqamətində gördüyü işlərlə tanış oldular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti