...

Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 12 İyun 2023 18:08 (UTC +04:00)
Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib (FOTO)

Bakı. Trend:

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.

Trend xəbər verir ki, konsertin əvvəlində musiqişünas Sara Timurova çıxış edərək əsərləri səslənən bəstəkarlar haqqında məlumat verib, onların yaradıcılıqlarını müqayisəli təhlil edərək hər iki əsərin yazılma tarixi barədə maraqlı faktları tamaşaçılarla bölüşüb.

Daha sonra dirijor Orxan Həşimovun rəhbərliyi ilə solist - respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabala Manafzadə (piano) öz ifasını dinləyicilərə təqdim edib.

Proqramda İqor Stravinskinin “Simurq Quşu” baletindən Süita (1919-cu il) və Ayaz Qəmbərlinin Piano və orkestr üçün Konserti (2007-ci il) səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti