Bakı. Trend:
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan SSR xalq artisti, violonçel ifaçısı Sabir Əliyevin 95 illiyinə həsr olunmuş konsert keçirilib.
Trend xəbər verir ki, ilk öncə professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Sabir Əliyevin həyat və yaradıcılığı haqda dinləyicilərə geniş məlumat verib.
Daha sonra dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə tanınmış cello ifaçısı Mark Drobinski (Fransa) öz ifasını musiqisevərlərə təqdim edib.
Proqramda L.V.Beethoven “Eqmont” Uvertürası, C.Saint-Saëns - Cello və orkestr üçün 1 saylı Konserti (a-moll, op.33), W.A.Mozart “Don Juan” operasından Uvertüra və P.İ.Çaykovskinin “Rokoko mövzusuna variasiyalar” op.33 səslənib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az