...

YARAT Bakıda Muzey Gecəsi keçirdi (FOTO)

Mədəniyyət Materials 14 Oktyabr 2024 16:01 (UTC +04:00)
YARAT Bakıda Muzey Gecəsi keçirdi (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 12-i YARAT Müasir İncəsənət Məkanı, sənətsevərləri ünsiyyət mövzusunu müxtəlif formalarda kəşf etməyə dəvət edən Muzey Gecəsi 2024-ü həyata keçirib.

Trend xəbər verir ki, builki tədbir daxili aləmimizi anlamaq və ətrafımızı qəbul etmək mövzularının davamı olaraq, düşüncələrimizi, hisslərimizi və çətinliklərimizi necə ifadə etdiyimizə diqqət yetirib.

Gecədə silsilə tədbirlər təqdim olunub. Öncə YARAT Mərkəzinin 1-ci mərtəbəsində keçirilən İlhamə Babayevanın səs terapiyası iştirakçılara səsin şəfaverici gücünü kəşf etməyə imkan verib. Bu terapiya prosesi oxuyan kasalarla, vokal yoqa ilə və mantra ifası ilə tamamlanıb.

YARAT-ın 2-ci mərtəbəsində Saint Twins Detective tərəfindən keçirilən “Döngədəki yaradıcı” oyunu, iştirakçılara 1950-ci illərin Amerikası ab-havasında həyəcanverici detektiv macərası yaşadıb. Gecədə digər mənalı tədbir Teatr O2-nin “5” adlı performansı olub. Bu interaktiv tamaşa sosial şəbəkələrin məhdudiyyətlərini araşdıraraq, canlı ünsiyyətin əhəmiyyətini vurğulayıb.

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində istedadlı rəssam Leyla Qabulovanın “Danışılmamış hekayətlər” adlı ustad dərsinə gələn iştirakçılar duyğuları fərqli baxış bucağından araşdıraraq əsərlər yaradıblar. Həmin məkanın 2-ci mərtəbəsində isə DEWAR, Şəhriyar İmanov, Pünhan Əzim və Rəşad Rəyyanın – elektron musiqi, tar və qəzəlin, ənənəvi və müasir incəsənətin vəhdəti olan “XİTAB” performansı qonaqları valeh edib.

Muzey Gecəsi 2024, Bakı Bulvarı ərazisində (Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının yanı) açıq havada, müasir Azərbaycan rep sənətinin nümayəndələri Okaber və Neocortex-in, ritm və lirikanın emosional ünsiyyətin formalaşmasında necə təsirli olduğunu vurğulayan canlı ifaları ilə yekunlaşıb.

YARAT Muzey Gecəsi 2024-ü unudulmaz edən hər 2000 iştirakçıya dərin təşəkkür edib.

Bakı Bulvar İdarəsi, iTicket platforması, Meatadore, United Coffee Beans və ASAN radio-nun dəstəyi ilə keçirilən Muzey Gecəsi 2024 ünsiyyət və əlaqənin necə qurulduğunu araşdıran dinamik və yaddaqalan bir tədbir olub.

Xəbər lenti

Xəbər lenti