...

Fuad Muradovun Xətai seçiciləri ilə görüşü (FOTO,VİDEO)

Seçki 2015 Materials 21 Oktyabr 2015 12:47 (UTC +04:00)
34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası çərçivəsində bu gün Məhəmməd Hadi küçəsində 8 binanın sakinləri ilə görüş keçirilib.
Fuad Muradovun Xətai seçiciləri ilə görüşü (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası çərçivəsində bu gün Məhəmməd Hadi küçəsində 8 binanın sakinləri ilə görüş keçirilib.

Seçicilərlə görüşən Fuad Muradov bildirib ki, bu gün görülən bütün işlər Azərbaycanımızın inkişafı üçündür. "Bu gün insanlarımızın rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən işlər görülür. Biz isə öz növbəmizdə hansı sahədə olmağımızdan asılı olmayaraq ölkəmizin yeni uğurlara imza atması üçün çalışmalıyıq."

Sakinlər namizədin platformasında öz əksini tapan məsələlərin onları narahat edən problemlərlə üst-üstə düşdüyünü vurğulayıblar. Qeyd olunub ki, ötən 10 il müddətində Fuad Muradov istər Səbail rayonunda gördüyü işlərlə, istərsə də Azərbaycanı beynəlxalq səviyyədə təmsil etməsi ilə hər zaman seçilib. Bir fikir də xüsusi olaraq vurğulanıb ki, 1 noyabrdan sonra Fuad Muradov Xətai rayonunun deputatı olaraq fəaliyyətini davam etdirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti