...

Fəzail Ağamalının seçiciləri ilə görüşləri davam edir (FOTO)

Seçki 2015 Materials 21 Oktyabr 2015 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Oktyabrın 21-də 60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Fəzail Ağamalı rayonun Yenikənd kəndi üzrə inzibati ərazi nümayəndəliyinə daxil olan Yenikənd, Həsənli, Qardili, Şəkərli kəndlərinin sakinləri ilə növbəti görüşünü keçirib.

Yüzlərlə seçicinin iştirakı ilə keçirilən görüşü F.Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov açaraq seçicilərə namizədin fəaliyyəti barədə ətraflı məlumat verib.

Bildirilib ki, F.Ağamalı ötən əsrin 80-ci illərinin axırlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatında da yaxından iştirak edib, ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi uğrunda ən fəal mübarizə aparanlardan biri olub.

Qeyd olunub ki, son beş il ərzində F.Ağamalı ona müraciət edən seçicilərin problemlərinin həllində yaxından iştirak edib.

Görüş iştirakçıları Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətini müdafiə etdiklərini bildiriblər və bu siyasətin ən fəal iştirakçılarından biri olan F.Ağamalıya səs verəcəklərini diqqətə çatdırıblar.

Kənd ağsaqqallarından Allahyar Əsədov, əmək veteranı Mahmud Cəfərov, kənd ziyalıları Elmira İbrahimova, Səlimağa Səlimov və digər şəxslər çıxış edərək, kəndlərində yaradılmış yüksək şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirərək, görüş iştirakçılarını bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və F.Ağamalıya səs verməyə çağırıblar.

Görüşdən sonra gənc müəllimlər Esmira və Ayşənin təklifi ilə F.Ağamalı bu məktəbdə gedərək, oradakı şəraitlə yaxından tanış olub. Müəllimlər gələcəkdə məktəbin tam orta məktəbə keçirilməsi üçün məsələnin müvafiq qurumlar qarşısında qaldırılmasını F.Ağamalıdan xahiş ediblər.

Görüşdə F.Ağamalının vəkilləri - Qulu Novruzov, Xidmət Orucov və Yavər Hüseynov iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti