...

Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyasını qadınlarla görüşlə başa vurdu (FOTO)

Seçki 2015 Materials 30 Oktyabr 2015 20:46 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyasını qadınlarla görüşlə başa vurdu.
Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyasını qadınlarla görüşlə başa vurdu (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyasını qadınlarla görüşlə başa vurdu.

Axşam saatlarında qadınlarla görüşən Q.Paşayeva ölkəmizdə cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan qadın siyasəti barədə geniş danışaraq bildirib ki, qızlarımızın təhsili məsələsinə daha çox diqqət göstərməliyik: "Savadlı cəmiyyət savadlı anadan keçir. Təbliğat-təşviqat kampaniyasının sonunu yenə də qadınlarımızla görüşlə başa vurmaqdan çox məmnunam və hər zaman verdiyiniz dəstək üçün təşəkkür edirəm".

O bildirib ki, bu günə qədər olduğu kimi, bundan sonra da qadınların haqları, onların cəmiyyətdə rolunun genişləndirilməsi ilə işlər görəcəyik, erkən nikahlara, məişət zorakılığına qarşı mübarizəmiz davam edəcək.

Millət vəkili qadınların qayğı və problemlərini də dinləyib və təbliğat-təşviqat kampaniyasını onların xeyir-duası ilə başa çatdırıb.

Qadınlar Q.Paşayeva "seçkilərdə səsimiz sizindir" deyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti