...

Şimal regionunda seçici fəallığı müşahidə olunur

Seçki 2015 Materials 1 Noyabr 2015 10:17 (UTC +04:00)
Şimal regionundaki seçki məntəqələrində Milli Məclisə seçkilərə start verilib.
Şimal regionunda seçici fəallığı müşahidə olunur

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Şimal regionundaki seçki məntəqələrində Milli Məclisə seçkilərə start verilib. Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarına yaşayan seçicilər 6 seçki dairəsinin tərkibindəki 367 məntəqədə səs verirlər.

Trend Seçki-2015.az saytına istinadən xəbər verir ki, bu regionda qeydə alınan seçicilərin sayı 278 min 72 nəfərdir. Onlardan 2 min 894 nəfəri ilk dəfə səs verən gənclərdir. Bu regionun ən yaşlı seçicisi isə Şabran rayonunun Şahnəzərli kəndinə yaşayan 109 yaşlı Kübra Qasımovadır. Şimal regionunda olan 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairələrindən bildirilib ki, məntəqələrdə səsvermənin ilk saatlarından seçici fəallığı müşahidə olunur.

Şimal regionunda seçki prosesini 4 min 342 yerli və xarici müşahidəçi izləyir. Bununla yanaşı 62 məntəqədə veb kamera quraşdırılıb ki, bu da hər bir şəxsə səsverməni onlayn izləmək imkanı verir.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti