...

"Parlament 2015" Seçki Monitorinq Koalisiyası: Seçkilər yüksək səviyyədə keçirilib (ƏLAVƏ OLUNUB)

Seçki 2015 Materials 2 Noyabr 2015 10:44 (UTC +04:00)
Azərbaycanda keçirilmiş parlament seçkiləri çox yüksək səviyyədə baş tutub.
"Parlament 2015" Seçki Monitorinq Koalisiyası: Seçkilər yüksək səviyyədə keçirilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Elmir Murad/

"Azərbaycanda keçirilmiş parlament seçkiləri çox yüksək səviyyədə baş tutub".

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "Parlament 2015" Seçki Monitorinq Koalisiyasının parlament seçkiləri ilə bağlı hesabatını açıqlayarkən koalisiyanın koordinatoru Rufiz Qonaqov deyib.

R.Qonaqovun sözlərinə görə, seçkilər çox uğurlu keçib: "Müşahidə apardığımız məntəqələrdə ciddi nöqsanlar qeydə alınmayıb. Ümumilikdə, çox cüzi nöqsanlar olub. Bunlar protokollaşdırılıb və MSK-ya təqdim olunacaq".

Koalisiyanın üzvü Elçin Əhmədov bildirib ki, seçkilərdə hüquq-mühafizə orqanları vəzifələrini layiqincə yerinə yetiriblər: "Hər kəs öz iradəsi ilə səsverməyə gəlib və hər hansı pozuntu qeydə alınmayıb. Səslərin sayılması zamanı seçki qutuları namizədlərin vəkilləri, müşahidəçilər və jurnalistlərin iştirakı ilə açılıb. Sayılan səslər jurnalistlərin iştirakı ilə elan olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti