Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycanda seçkilər şəffaf, sakit və pozuntu halı olmadan keçdi.
Bunu Trend-ə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) adından müşahidəçi, Pakistan Senatının Müdafiə Komətəsinin sədri Muşahid Hüseyn Səid deyib.
Onun sözlərinə görə, seçkilər yüksək səviyyədə təşkil olunmuşdu və demokratik şəraitdə keçirildi: "Bundan başqa, müasir texnologiyalar tətbiq olundu. Məsələn, təkrar səsvermə hallarının qarşısını almaq məqsədilə barmağa vurulan görünməz spreyi qeyd edə bilərəm ki, bunu yalnız ultura bənövşəyi şüalarla görmək mümkündür".
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.
Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.