...

Nazirlik saxta səhifə yaradılması ilə bağlı araşdırmaya başladı

Gündəm Materials 12 Yanvar 2018 16:19 (UTC +04:00)
Hazırda Səhiyyə Nazirliyi tərəfindən bu qurumun saxta səhifəsinin yaradılması ilə bağlı araşdırma aparılır.
Nazirlik saxta səhifə yaradılması ilə bağlı araşdırmaya başladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Səhiyyə Nazirliyi (SN) tərəfindən bu qurumun saxta səhifəsinin yaradılması ilə bağlı araşdırma aparılır.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, araşdırma bitdikdən sonra saxta səhifəni açan şəxsə qarşı qanunvericilik çərçivəsində tədbirlər görüləcək.

Qeyd edək ki, SN-nin saxta səhifəsinin açılması və orada arıqlama dərmanlarının endirimli qiymətlə təklf edilməsi barədə məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti