...

Əhliman Əmiraslanov: Maliyyə tutumlu tibbi avadanlıqlar olsa da, onlardan tam istifadə edilmir

Gündəm Materials 16 Fevral 2018 11:13 (UTC +04:00)
"Azərbaycan alimləri beynəlxalq qrantlardan tam istifadə edə bilmirlər".
Əhliman Əmiraslanov: Maliyyə tutumlu tibbi avadanlıqlar olsa da, onlardan tam istifadə edilmir

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycan alimləri beynəlxalq qrantlardan tam istifadə edə bilmirlər".

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında “Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri” məruzəsi ilə çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, bu gün elmi tədqiqatların yüksək səviyyədə aparılması üçün resurslar, maliyyə tutumlu tibbi avadanlıqlar olsa da, onlardan tam is tifadə edilmir: "Bu gün elm sahəsində multidissiplinar tədqiqatlar aparılmalıdır. Konkret problemlərin həllinə yönəlmiş multidissiplinar tədqiqat qrupları yaradılmlıdır".

Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda prenatal dövrdə, həmçinin yetkin fərdlərdə defekt genlərin diaqnostikasının aparılması istiqamətində tədqiqatların başladılması planlaşdırılır. Bu sahə üzrə AMEA-nın gənc kadrları ABŞ və Çində hazırlanır.

Akademik əlavə edib ki, bu gün dünyada bir çox patologiyaların aradan qaldırılmasında kök hüceyrələrindən istifadə edilir: "Bu patologiyaların sayı getdikcə artır. Buna görə də müalicə üçün kök hüceyrələrinin tətbiqi də genişlənir. Azərbaycanda kök hüceyrələrin tədqiqatına başlanılıb".

Akademik hesab edir ki, ölkəmizdə kök hüceyrələri mərkəzinin yaradılmasının vaxtı çoxdan çatıb və bu barədə fikirləşmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti