Dövlət Komissiyası Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb

Dövlət Komissiyası Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb

Bakı. Trend:

Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Dövlət Komissiyasının martın 3-də ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Komissiyanın sədri, Baş nazirin müavini Abid Şərifov iclasda müzakirə olunan məsələlər barədə Azərbaycan Televiziyasına məlumat verərək deyib ki, yanğın baş verən zaman Narkoloji Mərkəzin həmin korpusunda 55 xəstə olub. Onlardan 25-i dünyasını dəyişib. Qalan 30 nəfər isə xilas edilib. Təbii ki, hamımız narkoloji xəstələrin vəziyyətini yaxşı bilirik və fikrimcə, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur. Belə xəstələrin özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur. Ona görə də belə şiddətli yanğında otuz nəfəri xilas etmək çətinliklə mümkün olub. Təəssüf ki bəzi xoşagəlməz məlumatlar yayılır ki, guya xəstələr çarpayılara bağlı olublar, həlak olanların arasında bir həkim də var. Bütün bunların hamısı əsassız fikirlərdir. Burada xəstələrin çarpayılara bağlanmasından və ya başqa belə məsələlərdən söhbət gedə bilməz. Lakin yanğın vaxtı bir həkim dünyasını dəyişib. Ancaq o, xəstəyə baxan həkim olmayıb. Sadəcə müalicə alan xəstələrdən biri 62 yaşlı həkim olub.

Komissiyanın ilk iclasında müzakirə olunan məsələlərdən danışan Abid Şərifov bildirib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən və imzaladığı Sərəncamın yerinə yetirilməsi məqsədilə biz bu gün Komissiyanın ilk iclasını keçirdik. Komissiyanın qarşısında duran əsas məsələlərdən biri sözsüz ki, həlak olanların şəxsiyyətlərini müəyyənləşdirmək, onların dəfn mərasimlərini hökumət tərəfindən təşkil etmək və ailələrinə lazımi yardımlar göstərməkdir. Bilirsiniz ki, yanaraq ölən şəxslərin, xüsusilə narkoloji xəstələrin şəxsiyyətlərinin müəyyənləşdirilməsi olduqca çətin məsələdir. Çünki elə xəstələr var ki, 15-20 ildir orada müalicə alır. İndiyədək doqquz nəfərin şəxsiyyəti müəyyənləşdirilib və onlar dəfn olunub. Onların ailələrinə Bakı Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi tərəfindən lazımi kömək göstərilib. Hesab edirəm ki, qalan şəxslərin də şəxsiyyətlərinin müəyyənləşdirilməsi bir qədər vaxt tələb edən məsələdir. Bu məsələ ilə əlaqədar aidiyyəti qurumlar, o cümlədən Baş Prokurorluq, Daxili İşlər və Səhiyyə nazirlikləri ciddi işlər aparırlar və onların da şəxsiyyətləri qısa müddətdə müəyyən olunacaq. Həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və onların dəfn edilmələrinin təşkili bizim birinci məsələmizdir. İkinci məsələ yanğın zamanı sağ qalanların yerləşdirilməsidir. Artıq 30 nəfər ayrı-ayrı xəstəxanalarda yerləşdirilib. Onlardan 18-i evə buraxılıb.

Abid Şərifov vurğulayıb ki, qarşıda duran vacib vəzifələrdən biri də yanğının səbəblərini araşdırmaqdır. Aidiyyəti qurumlar – Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ilkin səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma versiyası irəli sürülüb. Lakin digər versiyalar da araşdırılır. Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat verəcəyik. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, görülən işlərlə əlaqədar mən daim məlumat verəcəyəm. Bütün bu məsələlərlə əlaqədar konkret təkliflər hazırlayacağıq. Yanğının səbəbləri araşdırılacaq və əgər günahkarlar varsa cəzalandırılacaq. Artıq Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri tərəfindən birgə araşdırmalar aparılır. Mən Komissiyanın bugünkü iclasında aidiyyəti qurumlardan – Səhiyyə Nazirliyindən və Bakı Şəhər İcra Hakimiyyətindən xahiş etdim ki, müvafiq araşdırmalar başa çatdırıldıqdan sonra həmin bina tamamilə sökülsün və ərazidə lazımi abadlıq işləri aparılsın. Hazırda Narkoloji Mərkəzdə müalicə alan insanların yerləşdirilməsi məsələsinə gəldikdə, - Prezidentin Sərəncamı ilə tanışsınız, - Sabunçu rayonunun ərazisində yeni mərkəz tikilir. Bu mərkəzin tikintisinə bir neçə il əvvəl başlanılıb. Prezident İlham Əliyev tərəfindən təsdiq olunan investisiya proqramında yeni mərkəzin tikintisinin tamamlanması üçün 5,3 milyon manat vəsait ayrılıb. Səhiyyə Nazirliyinin məlumatına görə, bu müalicə müəssisəsinin may ayınadək istifadəyə verilməsi nəzərdə tutulur. Yeni Narkoloji Mərkəz hazır olana qədər xəstələrin müalicəsi hazırkı mərkəzin digər korpuslarında davam etdiriləcək.

Baş nazirin müavini deyib ki, mərkəzdə olan xəstələrlə və dünyasını dəyişən insanlarla bağlı araşdırılmalar bir həftə ərzində başa çatdırılacaq. Onların ailələrinə veriləcək ilkin yardımın məbləği, təqaüdün təyin olunması məsələləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyənləşdirilir. Azərbaycan qanunvericiliyinə əsasən, yanğın və digər fövqəladə hallar səbəbindən həlak olanların ailələrinə yetkinlik yaşına çatmayan övladları da nəzərə alınaraq birdəfəlik yardım və ya təqaüdlərin verilməsi məsələsinə baxılır. Qeyd edim ki, həlak olan 25 nəfərdən yalnız biri pensiyaçıdır. Tapşırıq verildi ki, həlak olan digər şəxslərin hər biri barədə araşdırma aparılsın və onların ailələrinə qanuna uyğun olaraq yardımlar göstərilsin. Həmçinin Maliyyə Nazirliyinə də tapşırılıb ki, yaxın günlərdə yardımları çatdırsın. Prezidentin tapşırığına uyğun olaraq, bu yardımlar Bakı Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi tərəfindən göstərilir. Eyni zamanda, istər rayonlarda, istərsə də Bakıda dəfn mərasimləri dövlət tərəfindən təşkil olunub və olunacaq.

Abid Şərifov Komissiyanın qarşısında dövlət müəssisələrində, tibb ocaqlarında inventarlaşma işinin aparılaraq xüsusi tədbirlər planının hazırlanması vəzifəsinin də qoyulduğunu bildirib. Qeyd edib ki, tədbirlər planında qəzalı vəziyyətdə binalar barədə məlumat, fövqəladə hallara, o cümlədən yanğına qarşı görüləcək tədbirlər və digər konstruktiv məsələlər əksini tapacaq.

Komissiyanın sədri bəzi KİV-lərdə yanğınla əlaqədar əsassız iddialar səsləndirildiyini təəssüflə qeyd edib. Bildirib ki, adətən belə bədbəxt hadisələr baş verəndə ondan istifadə etməyə çalışanlar olur. Lakin ölkəmizdə həyata keçirilən genişmiqyaslı işlər, xüsusən də qaçqın və məcburi köçkünlər, valideyn himayəsindən məhrum uşaqlar üçün inşa edilən binalar və s. barədə danışmaq istəmirlər. Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə göstərişi ilə biz Abşeron rayonunda valideyn himayəsindən məhrum uşaqlar üçün iki korpusdan ibarət 12 mərtəbəli bina tikmişik. Həmin ərazidə üçüncü korpusun inşası bu il başa çatdırılacaq. Bu binalarda hər iki valideynini itirmiş uşaqlar yerləşdirilirlər. Bu qəbildən olan uşaqlarla bağlı iki il əvvəl qanun qəbul olundu və Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edildi. Həmin qanuna əsasən, hər iki valideynini itirmiş uşaqların təhsil haqlarının hamısı dövlət tərəfindən ödənilir. Xırdalanda tikilən həmin iki korpusdakı mənzillər təmirli olmaqla yanaşı, məişət əşyaları ilə də tam təchiz edilib. Bunu ona görə misal çəkdim ki, bu barədə danışmırlar. Həmin binada yaşayan gənclər ailə qurublar, üç il ərzində 30-dək uşaq dünyaya gəlib. Onlar bu gözəl təşəbbüsə görə daim minnətdarlıq edirlər. Bundan başqa, mətbuat nümayəndələrinə dövlət hesabına mənzillər verilir. Bütün bunlar digər ölkələrdə edilmir. Təəssüf ki, bu cür gözəl təşəbbüsləri görməzliyə vuraraq belə faciəli hadisələrdən istifadə etməyə çalışan insanlar var.

Sonda Abid Şərifov bildirib ki, Komissiyanın iclasında verilən tapşırıqların vaxtında yerinə yetirilməsini ciddi nəzarətdə saxlayacağıq.

Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik
Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik
Bu hərəkətlər avtoxuliqanlıq hesab olunacaq - Yeni qaydalar
Bu hərəkətlər avtoxuliqanlıq hesab olunacaq - Yeni qaydalar
Sürücülərın sürücülük vəsiqəsini özləri ilə daşımasına ehtiyac qalmayacaq
Sürücülərın sürücülük vəsiqəsini özləri ilə daşımasına ehtiyac qalmayacaq
Loading Bars
Xəbər lenti
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da hava şarları ilə internetə girişi təmin edən layihə bağlanıb
"Dostluq" Trans-Xəzər kəməri üzrə yeni danışıqlar üçün mühit yaradacaq - Norveç konsaltinq şirkəti
Şuşada DOST mərkəzinin açılması nəzərdə tutulub - Sədr müavini
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirdi (FOTO/VİDEO)
Nişan edənlər polis şöbəsinə aparıldı
Pensiya adı ilə 480 min manatı mənimsəyən vəzifəli şəxslərin məhkəməsi başlayır
Avtomobillərə pərdə, jalüz və plyonka çəkilməsi ilə bağlı yenilik
Bank Respublika “Qarabağ Dirçəliş Fondu”na 200 min manat köçürüb
Şuşada yeni yarimstansiya tikilir (FOTO/VİDEO)
Bu hərəkətlər avtoxuliqanlıq hesab olunacaq - Yeni qaydalar
Qəza zamanı hadisə yerini tərk edən sürücü bu halda inzibati məsuliyyətə cəlb edilməyəcək – Qaydalar dəyişir
Sürücülərın sürücülük vəsiqəsini özləri ilə daşımasına ehtiyac qalmayacaq
Astara terminalının yükaşırma gücü artırılacaq
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası – Ölüm halları, qəzalar azalacaq
Ölkənin avtomobil yollarındakı hazırkı vəziyyət açıqlandı
"Dostluq" layihəsi enerji üzrə böyük potensialı reallaşdırmağa imkan verəcək - Fransalı ekspert
Dəmir Yollarında işə qəbul prosesi tamamilə məsafədən keçiriləcək
Bakıda yataqxana yanıb
Ötən gün poliklinikada 52 nəfər vaksinasiya olunub - Baş həkim
Sms-icazənin ləğvi Bakıda sərnişin sayını 12 faiz artırıb
Evini tərk edən daha 4 koronavirus xəstəsinə cinayət işi başlandı
Ötən il Bakıda baş verən yol qəzalarında 169 nəfər ölüb
Postlardan keçməyə cəhd göstərən 2059 avtomobil geri qaytarıldı, 1 nəfər həbs edildi
Xəstəxanalara xəbərdarlıq: Rentgen və digər aparatlar yoxlamadan keçməlidir
Dayısı oğlu 36 yaşlı Şəmkir sakinini güllələyərək qətlə yetirdi
Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti mərhələsinə fevraldan başlanılacaq
ETSN Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara aydınlıq gətirib
Türkmənistanla memorandumun imzalanması Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq - Ekspert
Bakıda yolların buz bağlaması əsas prospektlərdə sıxlıq yaradıb - BNA
Müharibədən zərər görən ailələrdə psixoloji travmanı aradan qaldırmaq üçün uzunmüddətli iş aparılmalıdır - Dövlət Komitəsi
Əhali ölkəmizin vaksinasiya tədbirlərinin təhlükəsizliyinə güvənsin - Mütəxəssis
Azərbaycan liberal elektrik enerjisi bazarının yaradılması məqsədilə Türkiyə təcrübəsini öyrənir (FOTO)
Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu (FOTO)
Yanvarın 22-də xarici valyutaların manata qarşı məzənnələri
Pandemiya dövründə seriallara baxış necə olub? - Tədqiqat
Azərbaycanda ibtidai icma dövründə baş verən edamla bağlı aparılan tədqiqatın nəticələri açıqlanıb
Hindistanın baş verən partlayış nəticəsində ən azı səkkiz nəfər öldü
Bu il Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın keçirilməsi planlaşdırılır
Avropa İttifaqı peyvəndinin bir hissəsini tərəfdaş ölkələrə ayıracaq
Portuqaliya hakimiyyəti Britaniya ilə uçuşları dayandıracaq
ÜST: Dünyada ötən sutka koronavirusa 610 mindən çox yoluxma qeydə alınıb
Cəbhəboyu ərazilərdə çoxlu sayda silah-sursat aşkar edilib (FOTO)
İngiltərə Premyer Liqası: "Liverpul" 68 matçlıq məğlubiyyətsiz seriyasını dayandırıb
Türkiyədə son sutkada koronavirusdan 6 113 nəfər sağalıb
Şahbuzda zəlzələ qeydə alınıb
Türkiyə XİN: Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumunu məmnuniyyətlə qarşılayırıq
Böyük Britaniyada gün ərzində 1,3 min insan COVID-19-dan ölüb
Azərbaycan və Fransa XİN başçıları telefonla danışıblar
Gəncədə ev yanıb
Azərbaycan və Türkmənistan XİN rəhbərləri arasında görüş keçirilib
Azərbaycan Ordusunun əsgəri mina partlayışı nəticəsində həlak olub
Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub
Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Bakıda fərdi evdə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Xəzərdə DOSTLUQ qalib gəldi - Prezident İlham Əliyev yeniliklərin olacağını anons etmişdi
Pandemiya dövründə Azərbaycanda cinayətkarlıq hansı səviyyədə olub? - MÜQAYİSƏ
TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu (FOTO)
Nazirlər Kabineti yaşayış yeri olmayan prokurorluq işçilərinə verilən kompensasiyaya dair Qərar verib
Ermənistanda daxili gərginlik dərinləşir - Əsgər anaları Qarabağda xidmətə etiraz edir
Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir - Naqif Həmzəyev
Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib
Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev
Kəlbəcər rayonunun Kəndyeri kəndi (FOTO/VİDEO)
Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər
"Azernews" qəzeti: Ermənistanın otuz illik işğal zamanı Azərbaycana qarşı törətdiyi ekoloji terror
8 prokurorluq əməkdaşı cəzalandırılıb, 2-si vəzifəsindən azad edilib
Ermənistanın növbəti YALANI:Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar
Azərbaycan SOCAR-ın səhmlərini satmağı planlaşdırmır - Mikayıl Cabbarov
Bu ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib (FOTO)
ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub
Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev
Ağır yaralanan qazimiz şəhid oldu (FOTO)
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub
Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib
Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prosesinə başlandı (FOTO)
Vətən müharibəsində 65 mədəniyyət işçisi döyüşlərə qatılıb, 8-i şəhid olub
Filippin və İndoneziyada güclü zəlzələ olub
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat
Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi anılıb (FOTO)
Unibank müştəriləri üçün vacib məlumat!
"Dostluq" yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır - Qurbanqulu Berdiməhəmmədov
Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Prezident İlham Əliyev: Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb
Bakıda küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi
Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB
Şagirdlərin qış tətilinin vaxtı açıqlandı
Azərbaycan Prezidenti: Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir
Prezident İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Bütün xəbərlər