...

Bayılda su olmayacaq

Gündəm Materials 9 Mart 2018 11:36 (UTC +04:00)

Bakı. Trend:

Bayılda suyun verilişində məhdudiyyət olacaq.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, məhdudiyyət Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədardır.

Belə ki, 09 mart 2018-ci il tarixdə 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti