Bakı. Elçin Mehdiyev - Trend:
Nazirlər Kabineti “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
Trend-in məlumatına görə, Prezident İlham Əliyevin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 3 mart 2018-ci il tarixli sərəncamına əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları artırılıb.
| Vəzifələrin adı | Aylıq vəzifə maaşı (manatla) |
| İcraçı direktor | 1265 |
| İcraçı direktorun müavini | 985 |
| Şöbə müdiri, baş mühasib | 649 |
| Baş məsləhətçi | 451 |
| Aparıcı məsləhətçi | 429 |
| Məsləhətçi | 418 |
| Kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis | 220 |
| Sürücü | 242 |
| Xadimə | 171 |
Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.